Yanacaqdoldurma məntəqəsinə silahlı basqın

Xaçmaz rayonunda quldurluq edən şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmazda yerləşən yanacaq doldurma məntəqələrinin birində operator işləyən E.Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək, fevral ayının 10-da gecə saat 03:30 radələrində bir nəfər şəxsin ona bıçaqla hədə-qorxu gəldiyini və üzərində olan 1450 manat pulu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.
Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə E.Quliyevə qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Sərxan Qabulov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi pulların bir qismini xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən 700 manat pul isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












