Azərbaycanın bir sıra rayonlarına qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.
Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınır.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Neftçalada 48 (aylıq normanın 106 %-i), Biləsuvarda 21 (aylıq normanın 46 %-i), Mingəçevirdə 20 (aylıq normanın 49 %-i), Lerikdə 15, Lənkəranda 11, Qobustan, Astara, Daşkəsəndə 6, Salyanda 5, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax, İmişlidə 4 mm-dək qeydə alınır.
Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağması müşahidə olunub.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?












