Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisinə köməklik edilib

Xəzər dənizində Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) APA-ya verilən məlumata görə, hadisə ilə bağlı “Turkestan”nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib. ASCO-a məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək çağırışa reaksiya verib. Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.
Məlumata görə, bundan sonra “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.
“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib.
Qeyd edək ki, hadisə zamanı gəmi yüksüz olub. Heyət üzvləri isə özlərini yaxşı hiss edirlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












