“Yanacaqdoldurma məntəqəsindən 20 metr aralıda bina tikilir” - FOTO

“Yeni Günəşlidə yanacaqdoldurma məntəqəsinin arxasında yaşayış binası tikilir. Aralarında heç 20 metr məsafə yoxdur”.
Avtosfer.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, tikintini məntəqədən istifadə edərkən görüb: “Yaxınlaşıb baxdım ki, yaşayış binası tikirlər. Allah eləməsin, partlayış olsa buna kim cavab verəcək?!”
Məsələ ilə bağlı Fövqalada Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurum “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi araşdırma aparıb və məlum olub ki, vətəndaşın fotosunu və haqqında məlumat paylaşdığı binanın tikintisi üçün lazım olan sənədlər var. Yəni lazım olan qurumlardan icazəsi alınıb. Tikintisi də qaydalara uyğun olaraq gedir. Tikintidə ara məsafə də qorunub. Belə ki, müvafiq qanunvericiliyə əsasən tikinti 25 metr məsafədə qurulmalıdır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarının 9-cu bəndinə əsasən binalararası ara məsafə, bina hündürlüyünün 0,6 hissəsindən az olmamalıdır.
“Qafqazinfo”


Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












