Yaponiyada bioyanacaqdan istifadə etməklə ilk uçuş

Yaponiyanın Japan Airlines (JAL) aviaşirkəti sərnişin təyyarəsində bioyanacaqdan istifadə etməklə ilk uçuşu həyata keçirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokionun Haneda beynəlxalq aeroportundan Fukuoka şəhərinə uçan sərnişin təyyarəsində ilk dəfə köhnə geyimdən alınan yanacaqdan istifadə olunub.
Qeyd edilir ki, JAL aviaşirkəti adı açıqlanmayan digər yapon şirkəti ilə birlikdə ilk dəfə bu alternativ enerji mənbəyindən istifadə edib. Həmin yanacağın adi reaktiv yanacaqdan daha az tullantı əmələ gətirdiyi və ekoloji baxımdan faydalı olduğu bildirilir.
Təyyarənin uçuşu zamanı 250 min ədəd pambıq parçadan tikilmiş köhnə geyimdən istifadə olunduğu qeyd edilir. Yekun məhsulu əldə etmək üçün fermentasiyadan və digər proseslərdən istifadə olunduğu vurğulanır.
Şirkətin nümayəndəsinin bildirdiyinə görə, hazırda digər yapon şirkətləri ilə də bioyanacağın hazırlanması istiqamətində danışıqlar aparılır.
Müsbət nəticə əldə ediləcəyi təqdirdə təyyarələrin uçuşundan sonra səmada karbon qazı tullantısı azalacaq ki, bu da beynəlxalq normalara tam cavab verəcək.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












