Yeni işıqforlar avtobusların mənzil başına vaxtında çatmasına kömək edəcək - DEPUTAT

Bakıda ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsi və avtobusların yollarda gecikmələrinin azaldılması məqsədilə yeni svetofor sistemlərinin tətbiqi gündəmə gəlib. Bu yeniliyin paytaxtın nəqliyyat sıxlığının azaldılmasına da töhfə verəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, avtobusların hərəkətinə üstünlük verən svetoforların tətbiqi ictimai nəqliyyatın səmərəliliyini artırmaq baxımından əhəmiyyətli addım hesab olunur. Bəs bu sistemin tətbiqi zamanı hansı küçə və prospektlər prioritet seçilməli, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranmaması üçün hansı tənzimləmələr aparılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasıbda bildirib ki, Bakıda ictimai nəqliyyatın fəaliyyətinin yaxşılaşdırılması, xüsusilə avtobusların hərəkət sürətinin artırılması və marşrutlar üzrə gecikmələrin azaldılması şəhər nəqliyyatının qarşısında duran əsas məsələlərdəndir:

''Bu baxımdan, avtobusların hərəkətinə üstünlük verən xüsusi svetofor sistemlərinin tətbiqi müsbət nəticələr verə biləcək addımlardan biridir. Belə sistemlər avtobusların svetofor qarşısında gözləmə müddətini azaltmağa, hərəkət qrafikinin daha dəqiq qorunmasına və sərnişinlərin mənzil başına daha qısa zamanda çatmasına imkan yarada bilər. Xüsusilə pik saatlarda avtobusların hərəkətinə müəyyən üstünlüyün verilməsi ictimai nəqliyyatın cəlbediciliyini artırar. İnsanlar şəxsi avtomobildən istifadə etmək əvəzinə ictimai nəqliyyata üstünlük verməyə başlayarlarsa, bu, ümumi nəqliyyat yükünün azalmasına da müsbət təsir göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, yalnız svetoforların yenilənməsi ilə Bakıdakı tıxac problemini tamamilə aradan qaldırmaq mümkün deyil. Bu, daha geniş nəqliyyat siyasətinin bir hissəsi olmalıdır''.
Deputat qeyd edib ki, belə svetoforların quraşdırılması zamanı ilk növbədə avtobusların intensiv hərəkət etdiyi, sərnişin axınının yüksək olduğu və tıxacların mütəmadi müşahidə edildiyi küçə və prospektlər prioritet seçilməlidir:
''Xüsusilə mərkəzi küçələrdə, əsas nəqliyyat qovşaqlarında, avtobus marşrutlarının bir neçə istiqamətlə kəsişdiyi ərazilərdə bu sistemin tətbiqi daha məqsədəuyğun olar. Burada əsas meyar yalnız avtomobillərin hərəkət intensivliyi deyil, həm də konkret marşrut üzrə gündəlik sərnişin sayı və avtobusların gecikmə göstəriciləri olmalıdır. Yəni qərarlar ümumi müşahidələrə deyil, real nəqliyyat məlumatlarına əsaslanmalıdır. Digər tərəfdən, avtobuslara üstünlük verilməsi digər nəqliyyat vasitələrinin hərəkətinin tamamilə məhdudlaşdırılması kimi başa düşülməməlidir. Sistem ağıllı idarəetmə prinsipi ilə işləməli, avtobusun yaxınlaşmasını sensorlar vasitəsilə müəyyən edərək svetoforun iş rejimini real nəqliyyat vəziyyətinə uyğun tənzimləməlidir. Məsələn, avtobusun hərəkət istiqamətində yaşıl işığın müddəti artırıla, yaxud onun keçidi üçün daha əlverişli mərhələ yaradıla bilər. Bununla yanaşı, piyadaların təhlükəsizliyi, təcili tibbi yardım və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hərəkəti də nəzərə alınmalıdır. Ən vacib məqam isə bu sistemin ayrılmış avtobus zolaqları, dayanacaqların düzgün təşkili, parklanma qaydalarına nəzarət və vahid nəqliyyat idarəetməsi ilə paralel tətbiq edilməsidir. Məqsəd bir nəqliyyat vasitəsinə üstünlük vermək deyil, şəhərdə bütün hərəkət iştirakçılarının vaxtına və təhlükəsizliyinə qənaət edən balanslı sistem formalaşdırmaq olmalıdır''.
Fatimə
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO












