Yolu gölə çevirən su kəməri ilə bağlı cəzalandırılanlar var?

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza ərazisində işlər bu gün yekunlaşacaq.
"Azərsu” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, kəmərdə baş vermiş qəzanın baş verdiyi hissəni su çəkildikdən sonra müəyyənləşdirmək mümkün olub.
Hazırda həmin hissədə qaynaq-bərkitmə işləri gedir və işlər bu gün axşama kimi tam yekunlaşdırılacaq.
Baş verən qəzaya görə "Azərsu”nun hər hansı bir vəzifəli şəxsinə qarşı inzibati tənbeh tədbiri seçilməyib: "Buna ehtiyac yoxdur. Bu cür qəza hadisələri qaçılmazdır. Amma belə halların baş verməməsi üçün də tədbirlər görülür”.
Qeyd edək ki, iki gün əvvəl Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərlə yanaşı, Bakı-Qazax avtomagistralını da su basmışdı.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












