Zəngəzur dəhlizi məsafəni 300 km qısaldacaq - Deputat

"Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı dünyada baş verən mühüm dəyişiklər kontekstində baş tutur. AQEM özlüyündə Asiya əhalisinin yüzdə 90 faizini əhatə edən dövlətlərin birliyi kimi çıxış edir. Bu isə eyni zamanda həm də Asiya iqtisadiyyatının təqribən həmin potensialda inteqrasiya potensialı deməkdir".
Bu sözləri Modern.az-a Azərbaycan-Qırğızıstan münasibətlərinin Türk dünyası üçün əhəmiyyətindən danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, toplantıda müzakirə olunan məsələlər Asiya regionunun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir:
"Gündəmdə olan əsas məsələlərdən bir də AQEM-in statusu ilə bağlıdır. Əgər bu müşavirə təşkilata çeviriləcəksə, bu qurumun tarixində keyfiyyətcə yeni mərhələ başlayacaq və daha səmərəli fəaliyyət göstərmək imkanları yaranacaq. AQEM bəzən Asiyanın ATƏT-i kimi görülür və təqdim edilir. Ona görə də Azərbaycanın bu konfransda iştirakı bir neçə aspektdən olduqca əhəmiyyətlidir".
Deputat qeyd edib ki, beynəlxalq plarformanın inteqrsiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda yeni reallıqlar kontekstində nəqliyyat kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir:
"Bu Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi orta vektor üzrə bütün növ kommunikasiyaların məsəfəsini 300 km qısaltmaqla operativ əlqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan Preziidenti İlham Əliyev AQEM zirvəsindəki çıxışında bir daha bu məsləyə toxundu. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi. Azərbaycan ərazisində bir milyondan çox mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması şübhəsiz ki, AQEM ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir.
Zirvə toplantısında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan Prezidenti bir sıra ikitərfəli görüşlər də keçirdi ki, bunların hər biri milli təhlükəsizliyin və regional təhlükəsizliyin gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətli idi".
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










