Zərdabda analoqu olmayan asfaltlama: İcra hakimiyyəti xahiş ilə işləyir? - VİDEO

Zərdabda qəsəbədaxili yola analoqu olmayan asfalt örtüyü çəkilir.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, vətəndaşlar iddia edirlər ki, Zərdab Rayon İcra Hakimiyyəti kimlərinsə xahişi ilə bəzi sakinlərin qapısının ağzına asfalt çəkdirir. Digər sakinlərin isə evlərinin qarşısına asfalt çəkilməsinə ehtiyac duyulmur.
Sakinləri bir-birindən fərqləndirən “meyarlar” isə hələlik bəlli deyil. Sakinlərin sözlərinə görə, məsələni araşdırmaq üçün Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç kim onları qəbul etməyib və şikayətlərinə baxmayıb.
Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, rəsmi səhifələrində qeyd edilən nömrələrə cavab verən olmadı.
Qeyd edək ki, Zərdabda anormal asfaltlanma prosesi aparılan qəsəbədaxili yolda yaşayan sakinlər arasında qazi və şəhid ailələri də var.
oxu.az
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












