Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb - FOTO
Zərdab polisi rayon ərazisindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən Yevlax sakinlərini - 3 qadın və 1 kişini saxlayıb.
Avtosfer.az xəbər verir ki, Zərdab Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən 4 nəfər, Yevlax sakinləri - Kərimova Aidə Alxan qızı, Mustafayeva Züleyxa Elman qızı, Mustafayeva Samirə Paşa qızı və əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Mustafayev Bəhruz Arif oğlu saxlanılıblar.
Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərin mağazalardan oğurladıqları geyim əşyaları və digər əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
report
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












