50 metr qabaqdan dönməyə ərinən sürücü görün nə etdi - VİDEO

Səbirsizlik nümayiş etdirən, "tələsən", "xəstə dalınca gedən" və bu cür bəhanələr gətirərək qayda pozan sürücülərlə yollarda tez-tez rastlaşırıq. Həmin sürücülər tələsən zaman özlərini hamıdan üstün və vacib hesab edirlər. Qayda pozub tez çatacağını düşünən sürücülərdən biri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, iyunun 16-ı paytaxtın Mikayıl Müşviq küçəsində hərəkət edən 99-MY-727 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sola- İsmayıl bəy Qutqaşınlı küçəsinə dönmək üçün qaydaları pozub. Sözügedən küçədən sola dönmək qadağan edildiyi üçün sürücü öncə sağa dönməli və 50 metr qarşıdan geriyə dönüb istədiyi istiqamətə getməlidir. Qeyd etdiyimiz "Mercedes"in sürücüsü özünü qaydalara əməl edirmiş kimi göstərərək sola dönməyib, lakin sağdan gələnlərin qarşısını kəsərək onların yaşıl işığında sağdan sola manevr edib.
Qutqaşınlı küçəsində svetoforun yaşıl işığının yanmasını gözləməklə 50 metr qarşıdan geriyə dönmək eyni vaxtı itkisinə səbəb olur. Görünür ki, sürücünün sürdüyü maşın bahalı olsa da, düşüncəsi ucuzdur.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












