Banner

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir?

Gündəm 27 Noyabr 2026 13:41
Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir?
WhatsApp kanalımıza abunə olun

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyənləşib.

Avtosfer.az xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bəs axtarışda olan şəxsi bilərəkdən gizlədən şəxsi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.

Həmin məcəllənin 307.1-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 307.2-ci maddəsinə görə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, 307.3-cü maddədə isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh