Avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü həbs edildi - FOTO

Avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü saxlanılıb. “Facebook” sosial şəbəkəsində yayılan görüntülərdən sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin sürücünün saxlanılması barədə Ekoloji nəzarət bölüyünə tapşırıq verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü konstruksiya ciddi dəyişiklik edib.
İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Namidan Piriyev bildirir ki, bu gün Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Dövlət Yol Polisi hesab edir ki, avtomobillərin arxasına yazılan bu cür şüarlar insanlar arasında pis fikir formalaşdırmaqla yanaşı, eyni zamanda arxadan gələn sürüclərin fikrinin yayınmasına da səbəb olur. Bu yazıları oxuyan sürücülərin fikri yoldan yayındığı üçün qəzalara gətirib çıxara bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, belə yazıları şüşələrə yazmasınlar.
Təbriz


Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












