Bakıda 110 gün həbsdə olan sürücü yenə "avtoş" kimi tutuldu - ŞOK VİDEO

Dünən Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən 26 yaşlı Şərifov Nurməmməd Məhəmməd oğlu saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-OV-039 qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyi üçün yol polisi tərəfindən saxla işarəsi verilib. Zərifə parkının qarşısında polisin qanuni tələbinə əməl etməyən sürücü qaçmağa çalışıb. Daha sonra Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları post patrul xidmətinin əməkdaşları ilə birlikdə “Tərlan” şadlıq evinin qarşısında süni tıxac yaradaraq həmin nəqliyyat vasitəsini saxlaya biliblər. Bu zaman ərazidən qaçmağa çalışan sürücü idarə etdiyi avtomobiliylə yol patrul xidməti maşınını əzib. Buna baxmayaraq, polis əməkdaşları həmin sürücünü saxlayaraq barəsində araşdırmalara başlayıb. Məlum olub ki, Şərifov Nurməmməd Məhəmməd oğlu 2021-ci il ərzində 110 gün inzibati həbsdə olub. Yəni, avtoxuliqanlıq əməlinə görə 3 dəfə məhkəmə qərarı ilə inzibati həbs cəzasına məhkum edilib, sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb. Buna baxmayaraq, sürücülük hüququ olmadan yenə də nəqliyyat vasitəsini idarə etməyə davam edir.
Sonuncu dəfə 1 ay əvvəl həbsdən buraxılan bu şəxs demək olar ki, tez-tez Binəqədi rayon ərazisində Zərifə parkının və Heydər məscidinin ətrafında avtoxuliqanlıq hərəkətlərinə yol verir. Onun barəsində toplanmış materiallar Binəqədi rayon yeddinci polis bölməsinə göndərilib. Bu gün işə Binəqədi rayon məhkəməsində baxılacaq.
Təbriz
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO










