Banner

Fira Cəlilovanın evində tutulan şəxsin FOTOsu - YENİLƏNİB

Hadisə 27 Noyabr 2026 09:53
Fira Cəlilovanın evində tutulan şəxsin FOTOsu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub. 

Uzun müddət müxtəlif cinayətlərlə əlaqəli axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib. 

O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş. 

Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) evində gizlənən şəxsin kimliyi məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.

Müəyyən edilib ki, axtarışda olan şəxs bilə-bilə həmin evdə gizlədilib.

Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.

Qeyd edək ki, Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.

Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh