Bakıda AA nömrəli maşın azyaşlını vurub öldürdü - Bu şirkət kimindir? - YENİLƏNİB - VİDEO

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən saytımıza təsdiqləyiblər. İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova bildirib ki, faktla bağlı araşdırma aparılır:
“Yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur. Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırırıq. Valideynlərdən isə xahiş edirik ki, uşaqları yollarda nəzarətsiz buraxmasınlar. Hər bir valideyn, uşaqları himayə edən qəyyumlar onların gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər ki, bu cür hallar baş verməsin”.
Bakıda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində Fatmayi qəsəbə sakini 2013-cü il təvəllüdlü Ələsgərov Ömər Tahir oğlu avtomobillə vurulub.
Avtosfer.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni "İzmir LTD" Mənzil Tikinti Korporativinə məxsus 99-AA-669 dövlət nömrə nişanlı, Mersedes markalı avtomobilin sürücüsü törədib.
Qəza nəticəsində azyaşlı hadisə yerində həyatını itirib.
Avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Binəqədi rayon sakini Xubyarov Fəxri Şamil oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












