“BMW”sini azyaşlı qonşusuna sürməyə verən şəxs CƏRİMƏLƏNDİ - VİDEO

Xəzər Rayon Polis İdarəsindən Avtosfer.az-a bildirilib ki, keçirilən tədbirlər nəticəsində 90-VP-595 dövlət nömrə nişanlı “BMW” markalı avtomobili sürücülük hüququ olmayan azyaşlıya verən şəxsin Camalov Məhəbbət Pənah oğlu olduğu müəyyən edilib.
Araşdırma zamanı avtomobil sahibi azyaşlıya avtomobili yalnız parklanma yerini dəyişməsi üçün verdiyini, bu müddət ərzində isə heç bir şəxsin sağlamlığına zərər dəymədiyini bildirib.
Onunla profilaktik söhbət aparılıb, həmçinin barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.
*** 8 may, 17:30
Bakıda yetkinlik yaşına çatmayan şəxsin avtomobil idarə etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, videogörüntü “TikTok” sosial platformasında paylaşılıb. Kadrlarda azyaşlının 90-VP-595 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili məhəllədaxili yolda idarə etdiyi əks olunub.
Paylaşılan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlar azyaşlının sükan arxasına keçməsinin qanunvericiliyə zidd olduğunu bildirərək, videonun ictimailəşdirilməsini tənqid ediblər.
Yeniyetmə isə cavabında atasının onun yanında olduğunu vurğulayaraq videonu silməyəcəyini bildirib.
İddialara görə, görüntülər paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Nərmin
Sürücülərə XƏBƏRDARLIQ – Bu qaydanı pozan 40 manat cərimələnir – VİDEO
Toy karvanında "avtoşluq" edib təhlükə yaradan sürücü həbs edildi - VİDEO
Əks yola çıxıb şütüyən sürücü yolda su “şou”su yaratdı - 77-EC-100 - VİDEO
Başı telefona qarışan sürücü hərəkətə mane oldu - 77-YU-026 - VİDEO
Mopedi qeydiyyatdan keçirməyən sürücülər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA
Son anda səhv zolaqda olduğunu görən sürücü qəza şəraiti yaratdı - VİDEO
Sükan arxasında siqaret çəkən sürücü kötüyünü yola atdı - 77-GJ-660 - VİDEO
Müğənni Tacirin oğlu qaydalara riayət etməyəcəyinə "and içib" - VİDEO
Qayda pozub təhlükə yaradır, üstəlik səhvi boynundan atır - VİDEO
Qaydalardan bixəbər sürücü motosikletçini təhlükəyə atdı - 01-TT-011 - VİDEO
Maşınları heçə sayıb iki zolağın ortasıyla sürdü - 77-VR-065 - VİDEO








