Başı telefona qarışan sürücü hərəkətə mane oldu - 77-YU-026 - VİDEO

Paytaxtın Babək prospektində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 26-da saat 11:38 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-YU-026 dövlət nömrə nişanlı “VAZ-2121” (“Niva”) markalı avtomobilin sürücüsü hərəkət zamanı mobil telefonla danışır. Diqqətinin yayınması nəticəsində sürücü nəqliyyat axınına uyğun şəkildə hərəkəti davam etdirə bilmir və yolun hərəkət hissəsində dayanaraq baş yoldan gələn avtomobillərin gedişinə mane olur.
Bu zaman görüntünü qeydə alan sürücü siqnal verərək ona xəbərdarlıq edir.
Qeyd edək ki, sükan arxasında mobil telefondan istifadə diqqətin yayınmasına və yol şəraitinə gec reaksiya verilməsinə səbəb olur. Belə hallar xüsusilə sıx hərəkətli prospektlərdə qəza riskini artırır və ümumi nəqliyyat axınının pozulmasına gətirib çıxarır.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












