Min manatdan az qazanan vergi ödəməməlidir – Ekspert

Azərbaycanda ikinci iş yerində çalışan şəxslər üçün ayrıca vergi güzəştlərinin tətbiqi məsələsi vaxtaşırı gündəmə gəlir. Mütəxəssislər hesab edir ki, belə mexanizmlər həm insanların əlavə qazanc əldə etməsini stimullaşdıra, həm də kölgə məşğulluğun azalmasına təsir göstərə bilər. Bununla yanaşı, iqtisadçılar problemin əsas həll yolunun daha geniş vergi islahatlarından keçdiyini bildirirlər. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a açıqlamasında REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələnin əsas həlli vahid gəlir deklarasiyası sisteminin tətbiqindən keçir.
Onun sözlərinə görə, insanın bir və ya bir neçə iş yerində çalışmasının fərqi olmamalıdır:
"Fərqi yoxdur insan beş yerdə işləyir, ya bir yerdə işləyir. İldə və ya rübdə bir dəfə gəlir deklarasiyası verməlidir. Azərbaycanda yaşayan hər bir həddi-buluğa çatmış şəxs gəlir deklarasiyası təqdim etməlidir”.
Natiq Cəfərli qeyd edib ki, vergi sistemi şəxsin ümumi gəlirinə uyğun qurulmalıdır:
"Müxtəlif qəliz güzəştlər və hesabatlılıq tələb edən mexanizmlər əvəzinə, ildə və ya rübdə bir dəfə ümumi gəlir deklarasiyasının təqdim olunması daha doğru praktika olar”.
İqtisadçı bildirib ki, bir çox ölkələrdə aşağı gəlirli şəxslər ümumiyyətlə gəlir vergisindən azaddır:
"Məsələn, ABŞ-də illik gəliri müəyyən məbləğdən aşağı olan şəxslər vergi ödəmir. Bizdə də mərhələli vergi sistemi tətbiq edilə bilər”.
Onun fikrincə, gəlir səviyyəsinə uyğun vergi şkalası formalaşdırılması daha ədalətli model ola bilər:
"Məsələn, rüb ərzində 1000 manatdan az qazanan ümumiyyətlə vergi ödəməsin. 1000-5000 manat arası qazananlar 2 faiz, daha yüksək gəlir əldə edənlər isə fərqli faizlərlə vergi ödəsin”.
Natiq Cəfərli hesab edir ki, belə sistem həm vətəndaşlar, həm də dövlət üçün daha əlverişli olar:
"Bu yanaşma həm hesabatlılıq, həm də ədalətli vergi sistemi baxımından çox vacibdir. Dövlət üçün də daha rahat və şəffaf mexanizm formalaşar”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












