Bakıda yol polisinin saxladığı sürücünü BNA cərimələdi - FOTO

Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnən sürücü redaksiyamıza şikayət ünvanlayıb. 90-BN-427 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Turan Qasımov Avtosfer.az-a şikayətində bildirib ki, paytaxtın Həsən Əliyev küçəsində yol polisi əməkdaşı ona saxla işarəsi verdiyinə görə yolun sağ kənarında avtomobili saxlayıb: “Qayda pozmağıma baxmayaraq yol polisi əməkdaşı məni dayandırdı və humansitlik göstərərək xəbərdarlıqla kifayətləndi. Evə çatdıqdan sonra BNA tərəfindən mənə sms məlumatlandırma gəldi ki, Həsən Əliyev küçəsində dayanma-durma qaydasını pozmuşam. Fotodan da aydın şəkildə görünür ki, məni yol polisi əməkdaşı dayandırıb”.
Qeyd edək ki, qanunvericiliyə görə, yol polisi əməkdaşı dayanma-durma qadağan olunan yol sahəsində sürücünü dayandıra bilməz. Lakin paytaxtın mərkəzi küçələrinin demək olar ki, əksəriyyətində dayanma-durma qadağan edilib. Belə hallarda polis əməkdaşları sürücünü saxlamaq məcburiyyətində qalır. Amma təbii ki, bunun məsuliyyəti sürücünün üzərində qalmamalıdır. Sürücü nişanı əsas götürərək polisin saxla işarəsinə tabe olmazsa, o zaman yol polisi tərəfindən "saxla" işarəsinə tabe olmadığı üçün daha ağır formada cərimələnə bilər. Ona görə də bu cür halların baş verməməsi üçün hər iki qurum öz aralarında razılığa gəlməlidir.
Sürücü Turan Qasımov ona yazılmış cərimənin ləğv edilməsini xahiş edir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












