Banner

Məşhur futbolçu qəzaya düşdü

Xəbərlər 26 Noyabr 2026 21:22
Məşhur futbolçu qəzaya düşdü
WhatsApp kanalımıza abunə olun

İspaniyanın “Deportivo” komandasının futbolçusu Pyer-Emerik Obameyanq məşqə gedərkən avtomobil qəzası keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya nəşri məlumat yayıb. Bildirilib ki, hadisə bu gün səhər saatlarında La-Korunya yaxınlığında baş verib.

37 yaşlı futbolçunun idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Obameyanq hadisədən sonra öz avtomobili ilə məşq bazasına gedərək komanda ilə birlikdə məşqdə iştirak edib. Futbolçu daha sonra mətbuat konfransında qəza ilə bağlı danışıb.

Obameyanq qəzaya düşdü

Oxunub : 36
ŞƏRH YAZ
Ad

E-mail

Şərh