Bakını bir-birinə qatan "avtoş" saxlanılaraq həbs edildi - VİDEO

Bakıda təhlükəli hərəkətlərə yol verərək avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 99-XV-779 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsünün şəhərin müxtəlif yerlərində və müxtəlif vaxtlarda etdiyi hərəkətlərin Avtosfer.az saytında yayılmış görüntülərinə Dövlət Yol Polisi İdarəsində baxış keçirilib: "Bununla bağlı həmin avtomobilin sürücüsü aprelin 1-də yol polisi əməkdaşları tərəfindən paytaxtın 20 Yanvar dairəsində saxlanılıb. Avtomobil dayandırılarkən onun üzərində əlavə konstruksiya dəyişiklikləri aşkar olunub. Sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Bununla bağlı əraziyə əlavə olaraq YPX əməkdaşları dəvət edilib və sürücünün aidiyyəti üzrə Yasamal rayonu 29-cu Polis Bölməsinə aparılması təmin edilib. Polis bölməsində sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 342.9 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq toplanmış materiallar Yasamal rayon Məkəməsinə göndərilib.
Keçirilən məhkəmə zamanı törədilən qayda pozuntuları sübut olunduğu üçün sürücü Məmmədov Mais Asif oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunmaqla, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Şəfa
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













