Biləcəridə bu piyada keçidinin önü hər gün bağlanır; yolu keçmək çətinləşir - VİDEO

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində dayanma-durma qaydalarını pozan sürücülər təhlükəyə səbəb olurlar.
Avtosfer.az xəbər verir ki, hadisə müxtəlif vaxtlarda səhər saatlarında Əhməd Qasımov küçəsində qeydə alınıb. Videonu izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına göndərib.
Kadrlardan görünür ki, 90-UX-081 dövlət nömrə nişanlı “Volkswagen” və 90-US-677 nömrəli “Nissan” markalı avtomobillər piyada keçidinin yaxınlığında, 90-HB-447 nömrəli “Mercedes” markalı avtomobil isə birbaşa keçidin üzərində park edilib. Bu səbəbdən piyadalar yolu keçərkən yaxınlaşan nəqliyyat vasitələrini vaxtında görməkdə çətinlik çəkirlər. Nəticədə həm piyadalar, həm də sürücülər üçün qəza şəraiti yaranır.
Şikayətçi bildirir ki, sözügedən küçədə piyada keçidinin önü və üzəri hər gün müxtəlif markalı avtomobillər tərəfindən zəbt olunur.
Nərmin
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - Bu qədər cərimə və bal düşür - VİDEO












