Bu hallarda telefona görə sürücülər cərimə edilə bilməz - VİDEO

Həyatımızın ayrılmaz parçasına çevirilən mobil telefonlar bəzən bizi həyatdan da ayıra bilir. Piyada qismində yolu keçərkən, sürücü qismində isə nəqliyyat vasitəsini idarə edərkən telefon fikri yayındırdığına görə ondan istifadə etmək tövsiyə edilmir. Hətta “Yol hərəkəti haqqında” qanun telefonla bağlı sürücülərə müəyyən qadağa da qoyub. Belə ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. Lakin telefonu əldə saxlamadan blutuzla və ya mikrofonla zəngləri qəbul etmək qanunla qadağan deyil.
Bəs svetoforun qırmızı işığında və ya tıxacda dayanarkən mobil telefona toxunaraq istifadə etmək olar?
Qeyd edək ki, sürücünün svetoforda və ya tıxacda dayanması nəqliyyat vasitəsinin hərəkətdə olması kimi qiymətləndirilə bilməz. Hərəkət sürəti sıfıra düşübsə deməli nəqliyyat vasitəsi dayanmış hesab olunur. Dayanan nəqliyyat vasitəsinin sürücüsü telefonu əldə saxlamaqla ondan istifadə edərsə, o, məsuliyyətə cəlb edilə bilməz. Bəzən svetoforda dayanmış sürücülər telefondan istifadə etdiklərinə görə cərimələndiklərini bildirirlər. Mühərrik işlək vəziyyətdə olsa belə nəqliyyat vasitəsi dayanmış hesab olunur. Necə ki, dayanma-durma qadağan edilmiş yerlərdə mühərriki söndürmədən dayanan sürücülərə bildirilir ki, mühərrik işlək olsa da belə avtomobil dayanmış hesab olunur. Həmin dayanma halı svetoforda və tıxacda dayanmaya da aiddir. Bəzən günün pik saatlarında əsas prospektə yaşıl dalğa, intensivlik az olan küçəyə isə 5 dəqiqə qırmızı işıq verilir. Həmin svetoforda 5 dəqiqə dayanan sürücünün mobil telefondan istifadə etməsi heç bir təhlükə və inzibati xəta tərkibi yaratmır.
Nurlan Sakitoğlu
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










