Bakıda “Lexus” sürücüsü küçəni zibillədi - 90-LD-800 - VİDEO

Paytaxtın Binəqədi rayonunda küçəni zibilləyən sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 22-də saat 10:00 radələrində Svetlana Məmmədova və İsrail Həşimov küçələrinin kəsişməsində qeydə alınıb. Kadrlardan görünür ki, 90-LD-800 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin pəncərəsindən tullantını birbaşa yolun hərəkət hissəsinə atıb.
Sürücünün bu davranışı həm şəhərin sanitar vəziyyətinə mənfi təsir göstərir, həm də digər hərəkət iştirakçıları üçün xoşagəlməz mənzərə yaradır. Xüsusilə sıx hərəkət olan küçələrdə avtomobildən atılan kiçik tullantılar belə yol kənarında çirklənmənin sürətlə artmasına səbəb olur.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və yol qurğularına tullantı atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat cərimə edilə bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












