Əks yola çıxan sürücü qarşıdan gələn avtomobili təhlükə ilə üz-üzə qoydu - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 20-də saat 13:19 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-NE-605 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axının əksinə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi təhlükə yaranıb.
Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb. Hadisə bir daha göstərir ki, bir neçə saniyə vaxt qazanmaq naminə edilən təhlükəli manevr həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atır. Xüsusilə prospekt və intensiv hərəkət olan yollarda əks istiqamətə çıxmaq ən ağır nəticələrə səbəb ola biləcək qayda pozuntularından hesab olunur.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












