Bəzi sürücülər bunun qayda pozuntusu olduğunu düşünür – AQİL RƏHİMOV - VİDEO

Sürücülərin yol hərəkəti qaydalarında ən çox çaşdırdığı məqamlardan biri “ötmə” və “üstələmə” anlayışlarıdır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bir çox sürücü bu iki anlayış arasındakı fərqi düzgün bilmədiyi üçün cərimələrlə qarşılaşır.
Onun sözlərinə görə, ötmə və üstələmə eyni məna daşımır və hüquqi baxımdan fərqli manevrlər hesab olunur.
“Ötmə” dedikdə zolağı dəyişərək bir və ya bir neçə nəqliyyat vasitəsinin qabağına keçmək nəzərdə tutulur. “Üstələmə” isə zolağı dəyişmədən, daha yüksək sürətlə qonşu zolaqda hərəkət edən nəqliyyat vasitələrinin yanından keçib irəliləməkdir.
Sağdan ötmə ümumilikdə qadağandır. Yalnız bir halda buna icazə verilir: qarşıdakı avtomobil sola dönmə siqnalını verib manevrə başlayıbsa, həmin nəqliyyat vasitəsini sağdan ötmək mümkündür.
Aqil Rəhimov bildirib ki, üstələmə isə həm sağdan, həm də soldan həyata keçirilə bilər. Onun sözlərinə görə, əgər sürücü zolağı dəyişmədən qonşu zolaqdakı avtomobildən daha sürətlə hərəkət edərək onun yanından keçirsə, bu qayda pozuntusu hesab edilmir.
Ekspert sürücülərin ən çox rastlaşdığı hallardan birinə də aydınlıq gətirib. O qeyd edib ki, bəzi hallarda ən sol zolaqda yavaş hərəkət edən avtomobillər digər sürücülərə maneə yaradır. Belə vəziyyətdə bir çox sürücü sağ zolağa keçərək dərhal həmin avtomobili ötür və nəticədə “sağdan ötmə” qayda pozuntusuna yol verir.
Qaydanı pozmamaq üçün sürücü əvvəlcə sağ zolağa keçməli, müəyyən müddət həmin zolaqda hərəkət etməli və yalnız bundan sonra daha yüksək sürətlə qarşıdakı avtomobili üstələməlidir. Bu halda manevr “ötmə” deyil, “üstələmə” hesab olunur.
Məşqçi əlavə edib ki, Azərbaycan qanunvericiliyində “üstələmə” termini ayrıca anlayış kimi göstərilmir və bu vəziyyət müəyyən anlaşılmazlıqlara səbəb olur.
“Rusiyanın yol hərəkəti qaydalarında həm “ötmə”, həm də “üstələmə” anlayışı mövcuddur. Bizim qanunvericilikdə isə bu termin daha çox “yandan keçmə” kimi ifadə olunur. Halbuki “yandan keçmə” dayanmış maneənin yanından keçmək mənasını verir”, – deyə o bildirib.
Aqil Rəhimov hesab edir ki, gələcəkdə yol hərəkəti qaydalarına dəyişiklik edilərkən “üstələmə” anlayışının ayrıca termin kimi əlavə olunması sürücülər üçün daha aydın hüquqi mexanizm formalaşdıra bilər.
Eltac Zülfüqaroğlu
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












