Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı rəsmi AÇIQLAMA - VİDEO

Xırdalan şəhərinin küçə və prospektlərində asfalt örtüyünün yararsız hala düşməsi, çala-çuxurların çoxluğu barədə tez-tez məlumatlar yayılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bloqer Saleh Nəsirov video paylaşaraq şəhərin mərkəzi parkının qarşısındakı yolun da yararsız hala düşdüyünü bildirib.
Görüntülərdən məlum olur ki, asfalt örtüyündə bir neçə yerdə dərin çalalar yaranıb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Yayılan kadrlarla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, ərazidə carı təmir işləri görüləcək: “Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən rayon ərazisində abadlıq və quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Belə ki, küçə və yollara asfalt örtüyünün çəkilməsi, piyada səkilərinin qurulması, küçələrin işıqlandırılması və abad məhəllələrin salınması istiqamətində mütəmadi işlər görülməkdədir. 2024-cü il ərzində Xırdalan şəhər İƏD-nin büdcəsində abadlıq məqsədilə ayrılmış vəsait hesabına 24 küçədə ümumilikdə 83,000 m²-dən çox asfalt örtüyü çəkilib, eləcə də 2025-ci il üçün isə 83,500 m² sahədə asfaltlanma işləri aparılıb.
Həmçinin bildiririk ki, 2026-cı il üçün Xırdalan şəhər İƏD-i tərəfindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq müvafiq küçə və yollarda eləcə də Heydər Əliyev prospektində cari təmir işlərinin aparılması nəzərdə tutulub”.
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












