İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yeni milli parkların yaradılması istiqamətində işlər aparılır".
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov "Trend" Beynəlxalq İnformasiya Agentliyinə və "ARB24" televiziya kanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, yaxın gələcəkdə 10 min hektarlarla ərazini əhatə edən yeni milli parkların yaradılmasının şahidi olacağıq: "Çox böyük ərazilərdir. Ərazilərin seçilməsi zamanı biz əsasən çalışdıq ki, daha çox təbiətin zənginliyi mövcud olan, heyvanat aləminin müxtəlifliyi ilə seçilən əraziləri əhatə edək".
Rəşad İsmayılov qeyd edib ki, 2025-ci ildə Azərbaycanda yeni iki milli park yaradılıb: "İlisu Milli Parkı İlisu qoruğunun bazasında yaradılıb, digəri isə Axar-Baxar Milli Parkıdır. Axar-Baxar tamamilə yeni - əvvəlcə hər hansı bir yasaqlıq və ya qoruq olmayan ərazilərdə yaradılıb. Bu, onun göstəricisidir ki, biz artıq yeni ərazilərin zənginliyini araşdırırıq və onların mühafizə rejimini artırmağa çalışırıq. Ərazilər həm cəlbedici adı, həm də zəngin təbiəti ilə diqqət çəkir".
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












