DYP avtobus zolaqları ilə bağlı tədbir təşkil etdi: Hələ də qaydaları pozanlar var - VİDEO

Bu gün paytaxtın bir sıra küçə və prospektində avtobus zolaqlarında hərəkət edən digər nəqliyyat vasitələrinə qarşı tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, ötən aylarda da ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsizliyini təmin etmək məqsədilə təşkil olunan xüsusi zolaqlarla bağlı vaxtaşırı maarifləndirmə tədbirləri keçirilib. Bu gün əməkdaşımız Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları ilə birlikdə paytaxtın şimal girişində keçirilən tədbirdə iştirak edib.
Belə ki, Moskva prospektinin “Şamaxinka” adlanan hissəsində təşkil edilən avtobus zolağına girən sürücülər yol polisi tərəfindən saxlanılıb. BŞDYPİ-nin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli saxlanılan sürücülərlə maarifləndirici söhbət aparıb. Zolaqda hərəkət edən sürücülərin bəziləri hələ də zolağa aid olan yol nişanının altında qeyd edilən saatların nəyi bildirdiyindən xəbərsiz olduqlarını qeyd ediblər. Buna baxmayaraq qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.
Çəkiliş qrupunu görən bəzi qayda pozan sürücülər ərazidən uzaqlaşmağa çalışsa da, bu mümkün olmayıb. Qeyd edək ki, zolağa girən digər nəqliyyat vasitələri təkcə yol polis inspektorları tərəfindən deyil, həm də yollarda quraşdırılan xüsusi texniki vasitələrlə də qayda pozuntuları qeydə alınır və protokollar tərtib olunur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin zolaqlarda hərəkətlə bağlı təşkil etdiyi həmin tədbiri sizə təqdim edirik:
Səfər
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












