Maşınların önünü qaldırıb şou göstərən sürücülər - 10-DP-241 və 10-ML-660 - VİDEO

İkisi bir yerdə gedən “VAZ 2106”ların sürücüləri yolda gövdə göstərisi ediblər. Bunu lentə alan 3-cü sürücü də onlara qoşularaq yolu tamamən bağlayıb. Avtosfer.az bildirir ki, "VAZ-2106" markalı, 10-DP-241 və 10-ML-660 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri həm maşının önünü qaldırıb, həm də yolda hərəkətə maneə olmaqla qayda pozuntusuna yol verib. Görünür, sürücülər cərimlənməkdən qorxmur ki, bu şounu videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Yolda sağ zolaq boş olduğu halda solda hərəkəti məhdudlaşdıran sürücü, həm də onun arxasınca yolu keçməyə çalışan digər avtomobillərin sürücülərini də hövsələdən çıxarıb. “İki gözəli” videoya çəkən üçüncü sürücü də onların arasına girməyə çalışmaqla dəstək nümayiş etdirib.
Qeyd edək ki, 10-DP-241 nömrə nişanlı avtomobilin sürücüsü bu şounu eyni zamanda "Memar Əcəmi" metrostansiyası yaxınlığında da nümayiş etdirib.
Yollar şou meydançası deyil. Sürücülük vəsiqəsi həm də ona görə 18 yaşdan yuxarı verirlir ki, şəxs böyüdüyünü anlayıb sükan arxasında, yollarda oyun çıxarmasın. Oyuna doymayanlardan isə xahiş edirik, yollardan uzaqda oynasınlar.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












