Magistral yolda özünü ölümə atan xanım görün kimdir - VİDEO

Sürətli yolda özünü ölümə atan piyadanın videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yolu nəzərdən tutulmayan yerdən keçən xanım sosial şəbəkələrdə Elnur-Nərmin cütlüyü kimi tanınan şəxsdir. Hadisənin Şamaxı yolunda baş verildiyi bildirilir. Videogörüntüdən də aydın şəkildə görünür ki, Nərmin adlı həmin şəxs yolu nəzərdə tutulmayan yerdən keçərək özünü təhlükəyə atır. Bu videonu isə sosial şəbəkə hesabında paylaşaraq insanları güldürməyə çalışıb. Lakin bu, gülməli yox, ağlamalı bir haldır. Çünki Nərminin həyat yoldaşı olan Elnur əl və ayaqlarını itirib. Elnurun əmək qabiliyyətinin olmaması, görünür onun xanımına bir dərs olmayıb. Yolu nəzərdə tutulmayan yerdən keçən zaman istər piyadanın, istərsə də hansısa bir sürücünün ani səhvi faciəvi qəza ilə bitə bilər. Xanım yolun təhlükəli sahəsindən keçən zaman sürücülərdən biri idarəetməni itirib onu vursaydı, o da həyat yoldaşı kimi əlini-ayağını itirə bilərdi. İnsanlar düşünür ki, heç vaxt qəzaya düşməyəcəklər, onları maşın vura bilməz, ehtiyatı gözləyərək qaydanı pozanda heç bir hadisə ola bilməz. Lakin qəzaların baş verməsinin səbəbi də məhz bu düşüncənin nəticəsidir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












