"Qazi" adından istifadə edərək avtomobili nömrəsiz idarə edən sürücü - VİDEO

Paytaxtın Bakıxanov prospektində avtomobili qeydiyyat nömrəsi olmadan idarə edən sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, “AzSamand” markalı avtomobilin sürücüsü yol hərəkəti haqqında qaydaları kobud şəkildə pozub. Görünür qayda pozuntusundan yayınmaq məqsədilə avtomobilin arxa şüşəsinə “Qazi” sözünü yazıb. Lakin sürücü nəzərə almalıdır ki, qanun hər kəs üçün qanundur.
Baxmayaraq ki, istər Dövlət Yol Polisi tərəfindən, istərsə də “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən bu cür qayda pozuntusuna yol verən sürücülərə dəfələrlə xəbərdarlıq edilib, saxlanılıb və nəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmadan idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi bildirilsə də təəssüflər olsun ki, bu kimi hallara mütəmadi olaraq rast gəlinir.
Nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınırsa, onların hər birinə dövlət qeydiyyat nişanları təhkim olunur. Sadəcə olaraq bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət nömrə nişanlarını çıxarırlar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməsinə görə cərimə məbləği 60 manat, cərimə balı isə 4 bal olaraq təyin olunub.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












