Sürətli yolda piyada keçidinin altından yolu keçib ölümə gedirlər - VİDEO

Bakıda ölümə gedən piyadaların hərəkəti avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxtın Bilgəh yolunda yolu digər tərəfə keçmək istəyən piyadalar yaxınlıqdakı yerüstü keçiddən deyil, dəmir məhəccərləri aşaraq keçib. Yaxınlıqda xidmət aparan yol polisi əməkdaşları olsa da, onlar bu hərəkəti çəkinmədən edərək öz həyatlarını təhlükə altına atıblar.
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Sabunçu dairəsi yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən üç piyada avtomobil tərəfindən dəhşətli şəkildə vuruldu. Hadisə nəticəsində ana və 9 yaşlı oğlu faciəvi şəkildə həyatlarını itirdi, qadının bacısı isə ağır yaralandı.
Həmin ərazidə piyada keçidinin olmasına baxmayaraq onlar yolun hərəkət hissəsindən keçiblər.
Təqdim etdiyimiz bu videoda da aydın şəkildə görünür ki, qarşıda müasir şəkildə piyada keçidi inşa edilib. Lakin piyadalar yolun hərəkət hissəsindən istifadə edərək digər tərəfə keçirlər. Sonda avtomobil tərəfindən vurulduqda isə sürücü günahkar çıxarılır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












