Banner

Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO

Qaydalar 30 Oktyabr 2026 17:00
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonu, Xırdalan şəhərində qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 28-də saat 12:13 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 77-RZ-198 dövlət nömrə nişanlı “Toyota” və 01-CA-308 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri yolayrıcına daxil olarkən geriyə dönən nəqliyyat vasitələrinə yol verməyiblər. Onlar həmin avtomobillərin yolayrıcını tərk etməsini gözləmədən hərəkətlərini davam etdiriblər.

Bununla da kifayətlənməyən “Hyundai” sürücüsü sağa döndükdən sonra piyada keçidindən istifadə edən şəxslərə də yol verməyib.

Qeyd edək ki, svetoforun yaşıl işığı yansa belə, sürücülər yolayrıcını boşaltmaqda olan nəqliyyat vasitələrinə, eləcə də yolu keçməkdə olan piyadalara yol verməlidirlər. Bu tələbə əməl edilməməsi yol hərəkətinin digər iştirakçıları üçün qəza şəraiti yarada bilər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228355.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 240
ŞƏRH YAZ
Ad

E-mail

Şərh