15 gün öncə evlənən cütlük qəzaya düşüb, kişi ölüb, qadın yaralanıb

Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, betonqarışdıran maşın qarşıdan gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobilinə çırpılıb.
Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ-2104"ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb.
Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub, bu gün faciəli şəkildə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
APA
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO












