Aeroport yolunda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.
Qurumdan apa-ya verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
14.18
Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, qəza aeroport yolunda qeydə alınıb. Yolda "Hyundai" və "Toyota Prius" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













