Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü QƏZANIN TƏFƏRRÜATI - YENİLƏNİB

Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti kafi qiymətləndirilir:
"Mayın 10-u saat 10 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəb ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib".
***
Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi "Hyundai" toqquşub.
İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri - 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Araşdırmalar rayon polis şöbəsində aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












