Banner

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Qəzalar 14 Noyabr 2026 19:30
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda zəncirvari qəzada xəsarət alan sürücülərin kimliyi məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar Aqşin Qəhrəmanov və Samid Məmmədzadə Sumqayıt Tibb Mərkəzinə müraciət ediblər.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədilə evə buraxılıblar.

***15:11
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Changan" və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən BYD idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMW, "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

FOTO QALEREYA
Oxunub : 440
ŞƏRH YAZ
Ad

E-mail

Şərh