Xankəndi yolunda baş vermiş dəhşətli qəza ilə bağlı YENİ DETALLAR - VİDEO - FOTO - YENİLƏNİB

Bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunda Peşəkar Futbol Liqasının rəsmilərinin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, mikroavtobusu idarə edən Rasim Qafarlı yolu tanımadığı üçün naviqasiya tətbiqindən istifadə edib.
Məlumata görə, qəzaya düşən zaman sürücü avtomobili 90 km/saat sürətlə idarə edib. Hadisə zamanı avtomobil yol nişanı quraşdırılmış dirəyə çırpılıb
***
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparıla bilər.
Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.
***
Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən mikroavtobusda olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıya gətirilib.
E.Səmədovla yanaşı, mikroavtobusun sürücüsü Rasim Qafarlı da paytaxta çatdırılıb.
Onlar “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.
(oxu.az)
***
Trend-in Qarabağ bürosu nəqliyyat vasitəsinin qəzadan sonrakı görüntülərini əldə edib.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, mikroavtobusda qəzaya düşənlərin vəziyyəti belədir:
Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;
Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;
Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - Qabırğanın sınığı;
Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi;
Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;
Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir.
Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO













