Ağstafada 2 avtomobil toqquşub: ölən və yaralanan var

Ağstafada iki avtomobil toqquşub. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralının 460-cı kilometrliyində, Ağstafa rayonun Qırılı kəndi ərazisində yol qəzası baş verib. Qazaxdan Tovuza gedən "VAZ 2106" markalı avtomobil Qırılı kəndi ərazisində "VAZ" markalı maşınla toqquşub. Zərbənin gücündən avtomobillər yararsız hala düşüb. Avtomobillərdən birində olan 46 yaşlı Tovuz rayon Əlibəyli kənd sakini Mahir Cəfərov hadisə yerində dünyasını dəyişib.
Digər şəxslər- Tovuz rayon Aşağı Quşçu kənd sakinləri Sərdar Rüstəmov, Seymur Qasımov, Arzu Bağırov və Qazax rayon Çaylı kənd sakini Etibar Bənnayev isə müxtəlif dərəcəli xəsarətləri alaraq Ağstafa və Qazax rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












