Avtomobil ağaca çırpılıb, iki qadın xəsarət alıb

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 15-i axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar yolunda hələlik adı açıqlanmayan sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı, 99 DT 691 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, ağaca çırpılıb. Nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlər - rayonun Göyəm kənd sakini, 1962-ci il təvəllüdlü Meselova Pirdas İbrahim qızı və Zaqatala şəhər sakini, 1974-cü il təvəllüdlü Qaralova Rəsmiyyə Qasım qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












