Avtomobil qəzası can aldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO

Avtosfer.az xəbər verir ki, bu barədə atv-nin Qazax bölgə müxbiri Əminə İmranqızının verdiyi məlumata görə, Ağstafada 2 avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə Bakı-Qazax avtomagistralının 460-cı kilometrliyində Ağstafa rayonun Qırılı kəndi ərazisində baş verib. Qazaxdan Tovuza gedən "Vaz 21-06" markalı avtomobil Qırılı kəndi ərazisində "Vaz" markalı maşınla toqquşub. Zərbənin gücündən avtomobillər yararsız hala düşüb. Nəticədə hər iki avtomobildə olan Tovuz rayon Aşağı Quşçu kənd sakinləri Sərdar Rüstəmov, Seymur Qasımov, Arzu Bağırov və Qazax rayon Çaylı kənd sakini Etibar Bənnayev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağstafa və Qazax rayon xəstəxanalarına yerləşdiriliblər. Hazırda onlarının vəziyyətinin kafi olduğu bildirilir.
Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində 46 yaşlı Tovuz rayon Əlibəyli kənd sakini Mahir Cəfərov elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












