Qaxda 3 avtomobil toqquşdu - Xəsarət alanlar var - VİDEO - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Ford” markalı iki yük avtomobili və “Moskviç” markalı minik avtomobilinin toqquşması nəticəsində vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sıxılı vəziyyətdə qalmış vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
***
Qaxda minik avtomobilləri toqquşub.
Avtosfer.az-ın məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qax şəhərinin gürişində baş verib.
İlkin məlumata görə, minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


apa
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












