Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib. Avtosfer.az Sfera.az-a istinadən bildirir ki, qəzaya uğrayan “Ferrari F40” İtaliya brendinin Enzo Ferrari rəhbərliyi altında yaradılmış ən son modelidir. 478 at gücünə malik V8 mühərrikli avtomobil 324 km/saat sürət yığmağa qadirdir və dövrünün ən sürətli avtomobili olub. “Ferrari F40” Ştutqart yaxınlığındakı tuneldə qəzaya uğrayıb.
Bu “Ferrari” Ştutqart ətrafında yerləşən “Mechatronik” dilerində 3 milyon avroya satılıb. Alıcılar avtomobili Boblingen şəhərindəki köhnə avtomobil sərgisində nümayiş etdirmək qərarına gəliblər. 24 yaşlı avtosalon əməkdaşına avtomobili sərgiyə sürməyi tapşırıblar.
Boblingenə cəmi 18 km yol getmək lazım olsa da, salon işçisi bu tapşırığın öhdəsindən gələ bilməyib. Sürücü tuneldə idarəetməni itirib və divara çırpılıb.
Sürücü xəstəxanaya aparılsa da, ciddi xəsarət almadığı üçün ambulator müalicə üçün evə buraxılıb. Lakin “Ferrari F40” kifayət qədər zərər çəkib. Avtomobilin ön hissəsi zədələnib və bahalı təmirə ehtiyacı var.
“Ferrari”nin tezliklə bərpa olunacağına şübhə yoxdur, çünki o, qiymətli kolleksiyaçı modelidir. Avtomobil Enzo Ferrarinin rəhbərliyi altında yaradılmış sonuncu modeldir. Bu kupelərdən cəmi 1311 ədəd, 1987-1992-ci illərdə istehsal olunub.
“Ferrari F40” dövrünün ən sürətli avtomobili olub. Onun 2,9 litrlik 478 at güclü tvin-turbo V8 mühərriki ona 100 km/saat sürəti 4,1 saniyəyə yığmağa və maksimal sürəti 324 km/saata çatdırmağa imkan verir.


Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu












