Azərbaycanlı gəlin 3 nəfəri ölümdən qurtardı - FOTO
Türkiyədə ağır yol qəzası olub.
Avtosfer.az bildirir ki, hadisə Milas-Bordum magistral yolunda qeydə alınıb. Y.G.-nın idarə etdiyi avtomobil yağışlı havada idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə 5 nəfər yaralanıb.
Bu zaman bir qadın özünü çatdıraraq yaralılara dərhal tibbi müdaxilə edib və durumu ağır olan 3 nəfərin həyatını xilas etmək mümkün olub. Məlum olub ki, həmin qadın 2 uşaq anası olan azərbaycanlı tibb bacısı Zehra Akerdir.
O, açıqlamasında Naxçıvanda doğulduğunu və tibb təhsili alaraq bu peşədə işlədiyini bildirib:
“Tibbi bacısı işlədiyim zaman həyat yoldaşımla tanış olduq. Türkiyəyə gəlin gəlmişəm. Bir qız, bir oğlum var. Ərim özəl şirkətlərdən birində çalışır. Hadisə zamanı xəstə yanından gəlirdim. Qarşımda qəza olduğunu görüb avtomobilimi sağa çəkdim. Çantamda bütün ləvazimatlarım var. Dərhal düşüb yaralılara kömək etdim. İnsanlıq borcumu yerinə yetirdim”.

Lent.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












