Bakı-Ələt yolunda zəncirvari qəza - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt yolunda baş verən zəncirvari qəza barədə açıqlama verib.
İdarədən Avtosfer.az-a bildirilib ki, bu gün 16 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 70-ci kilometrliyində iki nəqliyyat vasitəsi toqquşub: “Hadisə nəticəsində sıxlıq yaranıb. Daha sonra zəncirvari qəza baş verib və ümumilikdə 10-a yaxın nəqliyyat vasitəsi toqquşub. Hazırda əraziyə əməkdaşlarımız cəlb olunublar. Avtomobillərin təhlükəsiz hərəkəti bərpa olunub”.
***
Bakı-Ələt yolunda “Nissan” və “Hyundai” markalı minik avtomobillərinin iştirakı ilə zəncirvari qəza baş verib.
Bu barədə görüntülər digər sürücülər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Hadisə nəticəsində sözügedən ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, sözügedən qəza Bakı-Ələt yolunda tıxaca səbəb olub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












