Bakı-Quba yolunda ağır qəza: Nəqliyyatın hərəkəti bərpa edildi - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi bu gün saat 12:35 radələrində qeydə alınıb.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarədən bildirilib ki, qəza Bakı-Quba yolunun 146-cı kilometrliyində qeydə alınıb:
“Toqquşma nəticəsində yük avtomobilinin sürücülərindən biri həyatını itirib. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb ediliblər. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qısa müddət ərzində bərpa edilib”.
***
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.
Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












