Bakı-Quba yolunda “Shacman”ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

“Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan yoxdur”.
Bununla bağlı, oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeydə alınıb:
“Sürücü Həsən Muxtar oğlu Həziyevin idarə etdiyi 10-ZF-699 dövlət nömrə nişanlı “Shachman” markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb və üst hissəsi (kabinə) yerindən çıxıb. Hadisə yük maşınında yaranan nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməsinə baxmayaraq, bəzi sürücülərin hələ də nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə etməsinin və nəticədə bu cür arzuolunmaz hadisələrin baş verməsinin şahidi oluruq.
Bir daha bildirmək istəyirik ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər yükdaşıma qaydalarına əsasən apardıqları yükün xüsusi şəkildə qablaşdırılmasına xüsusi diqqət göstərməli və nəqliyyat vasitələrini tam saz formada idarə etməlidirlər ki, sonda bu cür hadisələr baş verməsin”.
09:00
Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində “Shacman” markalı yük maşını qəza törədib.
Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.
Qəza zamanı yük maşını körpüyə çırpılıb. Hadisəyə səbəb kimi sürücünün maşını yük yeri yuxarı vəziyyətdə idarə etməsi göstərilir.
Qəza nəticəsində körpüyə və yük avtomobilinə ciddi ziyan dəyib.
Videonu təqdim edirik:
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












