Bakı-Şamaxı yolunda “Mercedes Vito” aşdı, altı hindistanlı xəsarət alı - FOTO - YENİLƏNİB

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır.
Hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Hindistanəsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. (report)
***
Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.
Bununla bağlı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə İsmayıllı rayonu ərazisində, Muğanlı-İsmayıllı yolunun 26-ci kilometrində, üzü Bakı istiqamətində qeydə alınıb:
“Avtomobilin sürücüsü azərbaycanlı, beş nəfər sərnişin isə ərəbəsilli turistlərdir. Onlar yüngül xəsarətlər alıblar. Onu da bildirək ki, yolun həmin hissəsində təmir işləri aparılırdı”. (oxu.az)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















